“Böyük Britaniyaya Laçın dəhlizi lazımdır” – ERMƏNİ POLİTOLOQ

29/11/2022 - 00:56

““British Petroleum” Azərbaycana təxminən 80 milyard dollar sərmayə qoyub. Buna Mərkəzi Asiyaya, o cümlədən enerji sektoruna on milyardlarla dollarlıq Britaniya sərmayəsini də əlavə etmək lazımdır. Bunun üçün Böyük Britaniyaya Laçın dəhlizi lazımdır. London enerji resurslarının Rusiya və İran ərazisindən yan keçməqlə nəqli üçün türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək”.

Qafqaz.media xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan Ermənistan mətbuatına bildirib.

Onun sözlərinə görə, Fransa “rəqabət” ucbatından Böyük Britaniyanın planlarına müdaxilə etməyə çalışır.

“Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya arasında köhnə rəqabət xüsusilə kəskinləşib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb”, - Danielyan bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Leyla Əliyeva Davosda - Foto
23/01/2025 - 22:21