Britaniya səfiri Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib

08/02/2024 - 17:55

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Bu barədə o, "X"də yazıb.

"Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan məmnunuq",-diplomat qeyd edib.

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ