“Bu qadın sayəsində həyatdayam” – Tramp sui-qəsd zamanı necə sağ qalmasından danışıb + VİDEO

01/08/2024 - 16:39

ABŞ-nin keçmiş prezidenti və noyabr seçkilərində yenidən prezidentliyə namizəd Donald Tramp 13 iyul tarixində sui-qəsdə məruz qaldğı Pensilvaniya ştatında yenidən mitinq keçirib.

“AzPolitika” xəbər verir ki, bu dəfəki seçki mitinqi təhlükəsizlik tədbirləri səbəbindən qapalı zalda keçirilib.

Çıxışında sui-qəsd cəhdindən də bəhs edən Tramp möcüzə nəticəsində sağ qaldığını bildirib və bunu bir qadına borclu olduğunu deyib. Belə ki, Tramp ona atəş açılmamışdan saniyələr əvvəl bir qadının hazırladığı qrafikə baxdığını etiraf edib. Onun dediyinə görə, hücum anında qəflətən başını çevirərək diqqətini cəlb edən həmin qrafikə baxıb və beləcə hücumçunun gülləsindən yayınmağı bacarıb.

Həmin qadını səhnəyə dəvət edən Tramp bu anı heç vaxt unutmayacağını deyib və ona təşəkkür edib.

“Mən bu qadın sayəsində həyatdayam. İmmiqrantlarla bağlı qrafikinizi çox sevdim. Ömrümün sonuna qədər bu qrafiklə yatacağam”,-deyə Tramp bildirib.

“AzPolitika.info”

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10