Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb

25/09/2024 - 06:14

24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb. APA xəbər verir ki, görüş zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, müdafiə və təhlükəsizlik, aspektləri, parlamentlərarası əlaqələr və humanitar məsələlər üzrə əməkdaşlıq müzakirə olunub.  İki ölkə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyəti, bu istiqamətdə həyata keçirilmiş irimiqyaslı layihələrin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı diqqətə çatdırılıb. Əməkdaşlığımızın alternativ enerji mənbələrinin inkişafı sahəsində davam etdirilməsi üçün mövcud imkanlardan istifadənin vacibliyi vurğulanıb. Tərəflər həmçinin təhsil, mədəniyyət, turizm və idman sahələri üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Nazir Ceyhun Bayramov, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimiz, COP29-un yaratdığı yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib. Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatından bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının prosesə əsas maneə törətdiyini qeyd edib. Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşübCeyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30