Çinli hakerlər Britaniyaya qarşı kiberhücumlar həyata keçirib

16/10/2024 - 07:29

Çin dövləti ilə əlaqəsi olan hakerlərin kiberhücumlar nəticəsində Britaniyadakı kritik infrastruktur şəbəkəsinə giriş əldə etdikləri güman edilir. APA xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, kiberhücumlar Britaniyanın müdafiə təşkilatlarına, enerji şirkətlərinə, dövlət qurumlarına, Milli Səhiyyə Xidmətinə qarşı həyata keçirilib. Bildirilib ki, bu cür hücumlar sistematik xarakter daşıyır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15