CƏLİLABAD SAKİNLƏRİ SATDIQLARI KARTOFUN PULUNU ALA BİLMİR – “Ulusov Anar İdris oğlu bizə hədə-qorxu gəlir”

18/09/2024 - 12:53

Cəlilabad rayonu, Bədirli kənd sakinləri Quliyev Əliabbas Qədirağa oğlu, Quliyev Əli Mübariz oğlu, Hüseynov Fürsəl Hacıyağa oğlu, Hüseynov Kamal Hacıyağa oğlu, Hüseynov Əli Arif oğlu, Quliyev Əhliman Əmrağa oğlu, Həsənov Namiq Rahib oğlu, Quliyev Hüseyn Şahbaba oğlu, Kazımov Namiq Habil oğlu, Nəzərov Saleh Ağamoğlan oğlu, Quliyev Elvin Əhməd oğlu, Quliyev Yafər Emnağa oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edir. Onların müraciətini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Biz, kənd sakinləri, yazaraq bildiririk ki, bu il əkdiyimiz kartof məhsulunu Ulusov Anar İdris oğlu bizdən alaraq, pulumuzu mənimsəyib.

Məsələ ilə bağlı dəfələrlə DİN-in 102 xidmətinə müraciət etmişik. Lakin iş uzadılır, şikayətimizə baxılmır.

Bir neçə dəfə Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə də müraciət etmişik. İndiyədək müraciətimizin heç bir nəticəsi olmayıb.

Əksinə, Ulusov Anar İdris oğlu bizə hədə-qorxu gəlir. Onun arxasında kimlər durursa, polis işə baxmır.

Cənab Prezident!

Sizdən xahiş edirik ki, biz sakinlərin pulunun ödənilməsi üçün müvafiq qurumlara göstəriş verəsiniz”.

Yazıda adı çəkilən Ulusov Anar İdris oğlu ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

LALƏ

Redaksiyadan: Qarşı tərədin mövqeyini dərc etməyə hazırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21