Cənubi Koreyanın həbs olunan prezidenti tərəfdarlarını zorakı addımlardan çəkinməyə çağırıb

19/01/2025 - 11:09

Cənubi Koreyanın həbs olunan Prezidenti Yun Sok Yol tərəfdarlarını zorakı addımlardan çəkinməyə çağırıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının vəkilləri məlumat veriblər. "Prezident bu səhər Qərb Rayon Məhkəməsində baş verənləri eşidəndən sonra təəccübləndi və məyus oldu. Xüsusilə, çoxlu gəncin bu işə qarışmasından kədərləndi. O, problemlərin zorla həllinin ölkəyə və şəxsən özünə böyük ziyan vura biləcəyindən narahat olduğunu bildirdi”, - vəkillər bildiriliblər. Xatırladaq ki, prezidentin həbs müddətinin uzadılması barədə qərardan sonra bir qrup etirazçı məhkəmə binasına hücum edib. Polislə toqquşma olub və 46 nəfər yerindəcə saxlanılıb. Bundan əvvəl polis daha 40 nəfəri müstəntiqin xidməti maşınına hücum edərək məhkəmə ərazisinə daxil olduqları üçün saxlayıb. Qeyd edək ki, dövlət başçısı yanvarın 15-də həbs edilib. Yanvarın 18-də onun həbs müddətinin uzadılması barədə qərar qəbul olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Tramp tarixi ənənəni pozdu
18/01/2025 - 04:53