Erməni rəsmisi beynəlxalq missiyanı Laçın dəhlizinə çağırdı
22/12/2022 - 15:31
"Beynəlxalq ictimaiyyəti Laçın dəhlizinə missiya göndərməyə çağırırıq". Qafqaz.media erməni KİV-lərinə istinadla bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçirdiyi brifinqdə deyib.
Qriqoryan iddia edib ki, "vəziyyət təhlükəlidir, çünki Artsaxın 120 min ermənisi hazırda blokadadadır və humanitar fəlakət təhlükəsi ilə üz-üzədir".
Qriqoryan mövcud vəziyyətin mümkün həlli yollarından danışıb.
Qafqaz.media