Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Xaçatryan

14/10/2024 - 11:29

Ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan “Armenpress” və “Şant” telekanalına müsahibəsində deyib. O qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır - qayıdışdan danışmazdan əvvəl ilk növbədə təhlükəsizlik məsələləri həll edilməlidir: “Müxtəlif amillər var - təhlükəsizlik və Qarabağ ermənilərinə müəyyən şərtlər (çox güman ki, Azərbaycan vətəndaşları olmalarını nəzərdə tutur – red.) təqdim olunacaq”. Xaçaturyan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq olar. O qeyd edib ki, bu çətinliklər “irəliləməyə” mane olmamalıdır. Xaçatryan Bakıda həbsdə olan cinayətkar erməni separatçı-terrorçular mövzusuna da toxunub, bu istiqamətdə fəal iş aparıldığını vurğulayıb. O, bu səylərin son nəticədə “uğur qazanacağına” əminliyini ifadə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15