Ermənistan Azərbaycanla sülh sazişini bu tarxidə imzalamağı planlaşdırır… - PAŞİNYANDAN AÇIQLAMA

26/10/2023 - 12:54

Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda bildirib ki, Ermənistan və Azərbaycan bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilərlər.

Gazeta.ru bu barədə TASS-a istinadən məlumat yayıb.

"Biz Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirik, ümid edirəm ki, bu proses yaxın bir neçə ay ərzində başa çatacaq", - Paşinyan bildirib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Tbilisi regionda sülh üçün Bakı və İrəvanla birgə addımlara hazırdır. Onun sözlərinə görə, Gürcüstan tərəfi Ermənistan və Azərbaycanı dost dövlətlər hesab edir.

Paşinyan həmçinin bildirib ki, ölkə KTMT-nin üzvü olaraq qalır. O, ölkədə 1995-ci ildən Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının mövcudluğunu xatırladıb.

Gazeta.ru xatırladır ki, bundan əvvəl Azərbaycan Qarabağdan olan 300 məmuru axtarışa verib.