Fransa erməniləri Rusiyaya qarşı müharibəyə hazırlayır?

27/11/2023 - 12:15

“Fransa erməni əsgərlərinə Rusiyaya qarşı müharibəyə başlamaq üçün təlimlər keçirir”.

Bu sözləri məşhur rusiyalı jurnalist, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin keçmiş müşaviri Anastasiya Kaşevarova deyib.

O, Ermənistan hərbi qulluqçularının Ukraynaya göndərilməsi üçün Fransada təlim keçməsi barədə məlumat verib. Kaşevarova iddia edir ki, bu məqsədlə bir neçə təlim mərkəzindən istifadə olunur.

"Onlar bizə bu təlim mərkəzlərindən foto və video təsdiqini göndərdilər", - deyə o bildirib.

Onun sözlərinə görə, təlim keçənlər arasında Qarabağdan olan könüllülər və Ermənistan Müdafiə Nazirliyinin dəstəklədiyi proqramda iştirak etməyə məcbur edilən hərbçilər də var.

Kaşevarova onu da qeyd edir ki, oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransaya səfər edib və Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb ki, bu da onun fikrincə, səfər zamanı müzakirə olunan “təcrübə mübadiləsindən” xəbər verir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ