Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar yad ediləcək

10/11/2024 - 22:20

22 noyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə filarmoniyanın solistlərinin ifasında bəstəkarın “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və başqa mahnıları səsləndiriləcək. Biletləri filarmoniyanın kassasından və ya iticket.az saytından əldə edə bilərsiniz.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04