Gəncədə zəlzələ olub, 3 bala qədər hiss edilib - YENİLƏNİB

08/09/2024 - 11:07

Tovuz stansiyasından 29 km şimal-şərqində, Gəncə şəhərində zəlzələ qeydə alınıb. APA-nın xəbərinə görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

***

Saat 10.56

Gəncədə zəlzələ olub. APA-nın xəbərinə görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 10.25-də Gəncədə 3,2 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 14 km dərinlikdə yerləşib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42