HAVA HÜCUMUNDAN MÜDAFİƏ SAHƏSİNDƏ TÜRK PUA-LARININ ƏHƏMİYYƏTİ... - Təhlil

10/01/2023 - 12:20

Ukrayna-Rusiya müharibəsində intensiv PUA-lar, qanadlı raketlər və helikopterlər kimi aşağı hündürlükdən uçan təhlükələrə qarşı müdafiənin hava hücumundan müdafiə sistemləri və hava üstünlüyündə istifadə edilən döyüş təyyarələri kimi ənənəvi üsullarla həyata keçirilməsi zamanı yaranan çətinliklər göz qabağındadır.

Kamikadze PUA-lar aşağı qiyməti və yüksək istifadə imkanları ilə günümüzün müharibə şəraitində mühüm problemdir.


Türkiyə üçün sözügedən təhdidlər sərhəd bölgələrində fərqli yayılmalarla baş verir. Məsələn, Şərq-Cənub-Şərq sərhədlərimizdə İranın dəstəklədiyi milislər tərəfindən kamikadze PUA təhdidləri və Egey bölgəsində potensial olaraq qanadlı raketlər və helikopterlər kimi aşağı hündürlükdə təhlükələr var.


Türkiyədə hava hücumundan müdafiə sistemində PUA-lardan istifadə ideyası ilk olaraq “Akıncı”nın yol xəritəsində gələcək bir qabiliyyət olaraq ortaya çıxdı. Sözügedən qabiliyyət çərçivəsində AESA radarı, GÖKDOĞAN və BOZDOĞAN hava-hava raketlərinin “Akıncı”ya inteqrasiyası hədəflənir. Sonrakı dövrdə, yeni bir seçim olaraq, SAHA EXPO 2022-də “Sungur” hava hücumundan müdafiə raketlərinin “Bayraktar TB2” və “Akıncı”ya inteqrasiyası üçün müqavilə imzalandı. 17 dekabr 2022-ci ildə “Baykar” şirkətinin rəsmisi Selçuk Bayraktar bu layihə çərçivəsində “Bayraktar TB2” üzərində sınaqların başladığını açıqladı.

PUA-ların hava hücumundan müdafiə elementi kimi istifadə edilməsinin əsas üstünlüyü, bir döyüş təyyarəsi ilə müqayisədə son dərəcə aşağı qiymətlərlə alçaq hündürlük təhdidlərinə qarşı uzunmüddətli hava patrulları həyata keçirə bilməsi hesab edilə bilər. Bundan əlavə, yuxarıdan skan edən sensorlar quruda olan sensorlara nisbətən relyef formalarından daha az təsirlənəcək.


Mərhələlərlə konsepsiya

1. TAFICS ilə Əməliyyat Mərkəzinə qoşulan Yerüstü İdarəetmə Stansiyası, birbaşa və ya əməliyyat mərkəzi vasitəsilə elektron hərb sistemi və digər hava hücumundan müdafiə birliklərinin məlumatlarına çatacaq TB2 və ya “Akıncı” ilə çevik regional hava müdafiəsini təmin edir.

2. Radioelektron mübarizə sistemləri bölgədəki təhdidləri passiv şəkildə aşkar edərək, komanda və idarəetmə sistemi ilə məlumat paylaşarkən, kamikadze PUA kimi sistemlərə qarşı reaktiv müdafiəni həyata keçirir.

3. Orta uzun məsafəli axtarış radarı hava təsviri yaradır və onu ümumi elementlərlə paylaşır.

4. “Akıncı” AESA radarı ilə alçaq hündürlüklərdən gələ biləcək təhdidlərə qarşı hava təsviri yaratmağa kömək edir və bölgədəki təhdidlərin qarşısını mənzil daxilində və ya mənzildən kənarda olan hava-hava raketləri ilə alır.

5. TB2 yerüstü idarəetmə stansiyasına gələn hava təsviri ilə və ya müstəqil olaraq elektro-optika ilə aşkar edilən hədəfi IIR idarə olunan “Sungur” raketi ilə ələ keçirir.

AESA Radarı, GÖKDOĞAN və BOZDOĞAN raketlərinin “Akıncı”ya inteqrasiyası, radar istifadəsi istisna olmaqla, döyüş təyyarəsindən çox fərqli uçuş xüsusiyyətlərinə malik PUA-da raketlərin istifadəsi ilə bağlı əhəmiyyətli miqdarda sınaq tələb edəcək. “Sungur” raketinin istifadəsi isə elektro-optik sistemləri ilə kifayət qədər hədəf məlumatı əldə edə bildiyindən və inteqrasiya-sınaq prosesi daha qısa zaman alacağından yaxın perspektivdə daha əldə edilə bilən hədəf hesab edilə bilər. ASELSAN-ın baş direktoru Haluk Görgün “Akıncı” üçün MURAD AESA radarının bir aydan az müddətdə təhvil veriləcəyini açıqlayıb.

PUA-nın hava hücumundan müdafiədə istifadə konsepsiyasında müasir hava hücumundan müdafiə arxitekturalarına bənzər təbəqəli bir quruluşun olacağı qiymətləndirilə bilər. Bu quruluşu iki təbəqəyə bölmək olar:

“Sungur” raketləri ilə təchiz edilən “Bayraktar TB2”
GÖKDOĞAN və BOZDOĞAN raketləri ilə təchiz edilən “Akıncı”


“Bayraktar TB2” aşağını görüntüləyən elektro-optik sistemi sayəsində helikopterlər və xüsusilə kamikadze PUA kimi hədəfləri istifadə edilə bilən avtomatik hədəf aşkarlama alqoritmləri ilə termal və vizual olaraq skan edərək havadan təsbit edə bilir və bu hədəfləri “Sungur” raketləri ilə vura bilir. O, döyüş təyyarələrindəki hava-hava raketlərindən xeyli aşağı qiymətə malikdir. ROKETSAN-ın baş direktoru Murat İkinci tərəfindən hazırkı uçuş məsafəsi 8,5 km olaraq açıqlanan “Sungur” müəyyən hündürlükdə və ilkin sürətlə atıldığı təqdirdə daha uzun məsafələrə və yüksək hündürlüklərə çata biləcək. Aşağı təbəqəni əhatə edən TB2 məsrəf baxımından çox sayda istifadə oluna bilmə qabiliyyətinə və qısa fəaliyyət diapazonuna görə daha müstəqil fəaliyyət göstərə bilən vahid hesab edilə bilər.


Üst təbəqədəki “Akıncı” həm elektro-optik, həm də AESA radarı ilə skan edə və qanadlı raketlər kimi daha sürətli təhlükələri və ya GÖKDOĞAN, BOZDOĞAN hava-hava raketləri ilə PUA kimi daha yüksəkdə uçan təhlükələri məhv edə bilər. “Akıncı”da AESA radarının istifadəsinin mühüm üstünlüklərindən biri də havadan skan edildiyi üçün yer təsvirlərindən daha az təsirlənməsi olacaq.

PUA-ların hava hücumundan müdafiə sistemində istifadəsində diqqətdən kənarda qalmaması lazım olan məsələlərdən biri də şəbəkə mərkəzli döyüşün təməl daşı halına gəldiyi hazırkı döyüş mühitində köməkçi sistemlərdən və komanda-nəzarət sistemlərindən əldə edilə biləcək faydalardır. Quru radarlarının təqdim etdiyi geniş hava məkanı təsviri və elektron dəstək sistemləri ilə elektromaqnit spektrdə təmin ediləcək situasiya xəbərdarlığı, TAFICS ilə Əməliyyat Mərkəzinə qoşulan Yerüstü İdarəetmə Stansiyası ilə paylaşıla bilər. Hava hücumundan müdafiə missiyasındakı PUA-lar əhəmiyyətli dərəcədə artırıla bilər. Digər tərəfdən, REM sistemləri hədəfin yayınma və ya müqavimət göstərmək qabiliyyətini zəiflətməklə birbaşa hədəfləmə uğuruna töhfə verə bilər.

Dəyanət Ağalarlı  
Ordu.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12