“Hizbullah” İsrail vətəndaşlarına evlərini tərk etməklə bağlı xəbərdarlıq edib

27/10/2024 - 06:04

Hizbullah” İsrailin şimalındakı 25 yaşayış məntəqəsinin sakinlərindən dərhal evlərini tərk etmələrini tələb edib. Buna səbəbini isə onların yaşayış yerlərinin hərbi hədəfə çevrilməsi ilə izah edib. APA xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalında yerləşdirdiyi ivrit dilində videomüraciətdə deyilir. “İslam Müqaviməti işğal altındakı Fələstinin şimalında 25 məntəqədə yaşayan mühacirlər barədə xəbərdarlıq edir və onları dərhal təxliyə etməyə çağırır. Sizin kəndlər Livana hücum edən hərbi qüvvələrin evinə və buna görə də hava və raket zərbələri üçün qanuni hərbi hədəfə çevrilib.", - deyə videomüraciətdə deyilir. El-İxbariya telekanalı “Hizbullah”ın ilk dəfədir ki, İsrailin şimalında yaşayan sakinlərə belə bir xəbərdarlıq göndərdiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15