Hərbçilər Dnepr çayının sol sahilində Ukrayna bayrağı ucaltdı - VİDEO

04/12/2022 - 00:20

Ukrayna hərbçiləri Dnepr çayının sol sahilində ölkə bayrağını qaldırıblar.

Qafqaz.media xəbər verir ki, bu barədə video sosial şəbəkədə “Karlson” könüllü hava kəşfiyyatı bölməsi tərəfindən yerləşdirilib.

Xüsusi təyinatlıların əsgərləri iddia edirlər ki, hazırda Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin tamamilə azad edilməsi üçün tramplin açır.

“Dnepr çayının sol sahilində ilk Ukrayna bayrağı. Bu pankartı “Karlson” xüsusi bölməsinin döyüşçüləri qaldırıblar. İndi biz Xerson vilayətinin sol sahilinin işğaldan azad edilməsi üçün tramplin açırıq! Uşaqların dəqiq koordinasiyası və hücum bacarıqları sayəsində əməliyyat uğurla başa çatdı", - deyə videonun təsvirində deyilir.

 

Qafqaz.media