İngiltərə Avropaya 20 min hərbçi göndərir

15/01/2024 - 14:02

2024-cü ilin birinci yarısında Böyük Britaniya NATO-nun “Steadfast Defender 24” təlimində iştirak etmək üçün Kral Hərbi Dəniz Qüvvələri, Britaniya Ordusu və Kral Hərbi Hava Qüvvələrindən 20 000 əsgərini Avropaya göndərəcək.

Bu barədə müdafiə naziri Qrant Şapps bildirib.

Qeyd olunur ki, Soyuq Müharibədən sonra keçirilən ən böyük təlimlərdən biri çərçivəsində qoşunların yerləşdirilməsi fevral-iyun aylarında Şərqi Avropada Britaniya qoşunlarının, eləcə də tankların, artilleriya və helikopterlərin yerləşdirilməsini əhatə edir.

Bundan əlavə, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinə F-35B qırıcıları və Poseidon P8 müşahidə təyyarəsi ilə aviadaşıyıcı zərbə qrupu daxil olacaq.

Bundan əvvəl NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, təlimlər zamanı NATO Rusiyanın şərq cinahına mümkün müdaxiləsinə cavab işləyib hazırlayacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ