İran Tehranın HƏMAS-ın İsrailə hücumu ilə əlaqəsini inkar edib

13/10/2024 - 07:10

İranın 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə qarşı hücumundan xəbərdar olduğuna dair bütün iddialar yalandır və uydurma məlumatlara əsaslanır. APA xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəliyi “New York Times“ qəzetində HƏMAS-ın hücumdan əvvəl Tehranla əlaqə saxladığını iddia edən məqaləni şərh edərkən bildirib. “Dohadakı HƏMAS nümayəndələrinin əməliyyat haqqında əvvəlcədən məlumatlı olmadıqlarını və bütün planlaşdırmanın, qərarların qəbul edilməsinin və hədəflərin yalnız HƏMAS-ın Qəzzada yerləşən hərbi qanadı tərəfindən həyata keçirildiyini bildirdiklərini nəzərə alsaq, hücumu qismən və ya tamamilə İran və “Hizbullah”la əlaqələndirən hər hansı bir bəyanat inandırıcı deyil və uydurma sənədlərə əsaslanır.”, - deyə açıqlamada deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15