İrana zərbələr endirməliyik - ABŞ senatoru

09/10/2023 - 08:35

Livan Hizbullahı İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə edərsə, biz - Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi cavab verməliyik.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem bildirib.

Qrehem bildirib ki, ABŞ sözügedən halda İranın dörd neft emalı zavodunu vurmalıdır.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 700-dən çox sakin ölüb, 2,2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri həyata keçirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33