İrəvanın niyə belə etdiyini bilmirik - Zaxarova

09/10/2024 - 19:07

Ermənistan oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında qəbul edilmiş “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanatın layihəsinin hazırlanmasında iştirak etsə də, sonradan sənədi imzalamayıb. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Nyus.ru”nun sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, İrəvan mətnlə bağlı təkliflər versə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamayıb. "Mənə elə gəlir ki, o, niyə belə etdiyini sizə özü desə, daha yaxşı olar", - M.Zaxarova qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15