İtaliya mafiyasının məşhur üzvü Gürcüstanda saxlanıldı – “İNTERPOL” ONU “QIRMIZI XƏTLƏ” AXTARIRDI…

24/10/2023 - 13:31

“İnterpol” “qırmızı xətti” ilə axtarışda olan İtaliyanın mütəşəkkil cinayətkar qrupunun üzvü Gürcüstanda saxlanılıb.

Gürcüstanın baş prokuroru İrakli Şotadzenin sözlərinə görə, hazırda saxlanılan şəxsin ekstradisiyasına hazırlıq gedir.

“İtaliyanın səlahiyyətli orqanlarının müvafiq sorğusuna əsasən, bu şəxs ekstradisiya üzrə həbsdədir. Ekstradisiya prosesi başa çatıb, onun İtaliyaya ekstradisiyası ilə bağlı qərar qəbul edilib və yaxın vaxtlarda ekstradisiya olunacaq. O, İtaliyanın mütəşəkkil cinayətkar qrupuna üzv olmaqda və İtaliyada müxtəlif ağır cinayətlərdə iştirakda ittiham olunur. Söhbət İtaliyada fəaliyyət göstərən tanınmış cinayətkar qruplaşmadan gedir. Onu “qırmızı dairə”də axtarırdılar. O, italyandır”, - deyə İrakli Şotadze bildirib.