Kadırovu tənqid edən bloger İsveçdə öldürülüb – “Azadlıq radiosu”ndan ŞOK İDDİA

05/12/2022 - 10:04

Dekabrın 2-nə keçən gecə İsveçdə Kadırovun tənqiçisi kimi tanınan müxalifətçi çeçen bloger Tumso Abduraxmanov güllələnib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun “Teleqram” kanalı məlumat yayıb.

Məlumatı onun silahdaşlarının da təsdiqlədiyi qeyd edilir. İsveçin güc idarələri hələlik bu məlumatı şərh etməyiblər.

Xatırladaq ki, Tumso Abdurahmanov Çeçenistan hakimiyyətini tənqid etməsi ilə tanınır. O, 2015-ci ildə Ramzan Kadırovun qohumları ilə münaqişədən sonra Rusiyanı tərk edib. Bloger İsveçdə siyasi qaçqın statusu alıb.

Çeçenistanda Abdurahmanov İslam Dövləti ilə əlaqədə ittiham olunur. 2020-ci ildə bir nəfər Abdurahmanovun İsveçdəki mənzilinə girərək onun başına çəkiclə zərbə endirib. Bloger ondan çəkici almağa və polisə müraciət etməyə müvəffəq olub. 2021-ci ildə Ruslan Mamaev adlı təcavüzkar 10 il həbs cəzası alıb (sonradan müddət iki il uzadılıb). Onun mənzilə girməsinə köməklik edən şəriki Elvira Şapiyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qafqaz.media