Kanada 2 qəbiləyə 2,09 milyard dollar ödəyəcək - MƏDƏNİ HÜQUQLARININ POZULMASINA GÖRƏ

22/01/2023 - 08:29

Kanadanın federal hakimiyyəti ölkənin iki yerli qəbiləsinə mədəni və dil hüquqlarının pozulmasına görə təzminat olaraq 2,8 milyard Kanada dolları (2,09 milyard ABŞ dolları) ödəməyə razılaşıb.

Bu barədə CBC telekanalı məlumat yayıb.

Bildirilib ki, 2012-ci ildə iki qəbilənin 325 nümayəndəsi hakimiyyət orqanlarına qarşı kollektiv iddia qaldırıb. Onlar hind uşaqlarının zorla aparıldığı rezident məktəblərdəki təhsilləri ilə bağlı “dil və mədəniyyət itkisi”nə görə kompensasiya tələb ediblər. Tərəflər arasında razılaşma hələ Kanada Federal Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

Ehtimal edilir ki, sövdələşmə məhkəmə tərəfindən təsdiqlənərsə, hakimiyyət orqanları 20 il ərzində xüsusi fonda 2,8 milyard Kanada dolları köçürəcək. Ondan gələn vəsaiti yerli sakinlər özlərinə uyğun şəkildə xərcləyəcəklər./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28