Kim Kardaşyanın keçmiş əri ABŞ prezidenti olmaq iddiasında – KANYE UEST SEÇKİ KAMPANİYASINA BAŞLADI

25/11/2022 - 23:01

Bu yaxınlarda rəsmi olaraq adını Ye olaraq dəyişdirən amerikalı reper Kanye Uest prezidentlik kampaniyasına başladığını açıqlayıb.

Qafqaz.media ABŞ KİV-lərinə istinadən xəbər verir ki, reper sabiq prezident Donald Trampla bərabər namizəd olmaq istədiyini deyir. Lakin o, etiraf edir ki, Tramp onun təklifindən çaşıb.

Xatırladaq ki, Uest ABŞ-da ötən prezident seçkilərində 160 milyon seçicidən 60 minə yaxınının səsini toplayaraq uduzmuşdu.

İndi reper aktiv kampaniyaya başlayıb. O, bir neçə gün əvvəl nüfuzlu blogger Milo Yiannopulisi öz seçki qərargahının rəhbəri kimi işə götürdüyünü elan edib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

"Yeni ulduz" qayıda bilər?
30/09/2024 - 10:54
Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49