Lavrov ukraynalıları “qardaş xalq” adlandırdı

26/11/2022 - 13:46

“Ukrayna xalqı neonasist hökmdarlarından azad ediləcək”.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya televiziyasında nümayiş olunan sənədli filmdə deyib.

"Ukrayna xalqı neonasist hökmdarlarından azad olunacaq, o slavyan qardaşlarının yanında mehriban qonşuluq, dostluq, firavanlıq şəraitində yaşamağa layiqdir", - Lavrov deyib.

Qafqaz.media