Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB

12/09/2024 - 05:56

Lənkəranda bıçaqlanan şəxsin vəziyyəti ağır olaraq qalıb. Bu barədə APA-nın cənub bürosuna xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib. O qeyd edib ki, saat 22:30 radələrində Lənkəran şəhər sakini 1981 ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) şəxs sol döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. "Yaralıya zəruri ilkin tibbi yardım göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq dərhal əməliyyat blokuna alınıb vəziyyəti ağır qiymətləndirilir".

***

23:22

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə 22:30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib. Ona ilkin tibbi yardım göstərilib və döş qəfəsinin sol payının deşilmiş-kəsilmiş yaraları diaqnozu qoyularaq, əməliyyat blokuna alınıb. Vəziyyəti ağır qiymətləndirilir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

 

Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42