Ələt Azad İqtisadi Zonasında yağış sularının toplanması üçün xüsusi rezervuarlar hazırlanıb

23/10/2024 - 17:07

Ələt Azad İqtisadi Zonasında yağış sularının toplanması üçün xüsusi rezervuarlar hazırlanıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hökumətin qarşıya qoyduğu layihələrdən biri də yağış sularının toplanması və təkrar istifadəsi ilə bağlıdır: “Bu istiqamətdə Ələt Azad İqtisadi Zonasında dövlət tərəfindən müəyyən işlər aparılıb. Prosesin ilkin mərhələsinə artıq başlanılıb. Qalan mərhələlər isə böyük infrastruktur işlərini əhatə edir. Bu sahədə işlər davam etdirilir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21