Meksika devrilmiş Prezidentə sığınacaq təklif etdi - XİN RƏHBƏRİ AÇIQLADI
08/12/2022 - 08:41
“Meksika hakimiyyəti Perunun devrilmiş prezidenti Pedro Kastilloya siyasi sığınacaq verməyə hazırdır”.
TASS xəbər verir ki, bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard “Formula” radiostansiyasına müsahibəsində deyib.
“Ona sığınacaq verilməsinə müsbət yanaşırıq, lakin o, hələ ki, bununla bağlı müraciət etməyib”, - Meksikanın XİN rəhbəri bildirib.