Əməkdar artist Cənubi Azərbaycanın azadlığına həsr etdiyi klipindən danışdı - VİDEO
28/11/2022 - 12:24
![](/sites/default/files/styles/slide/public/2022-11/qoc.jpg?itok=pEoJbbvi)
Əməkdar artist Qoçaq Əsgərov "Turana, Turana Azərbaycan” adlı klip çəkdirib.
Qafqaz.media xəbər verir ki, bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib. Qoçaq Əsgərov deyib ki, İran İslam Respublikasında baş verən hadisələri özündə birləşdirən klip siyasi janrdadır:
"Heç bir müğənni bu hadisələri əks etdirən mahnı oxumadı. Həyatımı gözə aldım, belə bir mahnı səsləndirdim”.
Qeyd edək ki, "Turana, Turana Azərbaycan” adlı mahnının sözləri və bəstəkarı Semin İpəkdir.