Mossad rəhbəri Qəzzaya dair danışıqlarla bağlı Qətərə səfər edib

28/10/2024 - 05:48

İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea Dohaya səfər edib. APA xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb. Bildirilib ki, İsrail rəsmisi Qətərdə ölkənin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üzrə danışıqların bərpası üçün parametrləri müzakirə edəcək. Yaxın günlərdə danışıqlar qrupları və HƏMAS nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi istisna edilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15