“NETANYAHU YARATDIĞI YANGININ QURBANI OLA BİLƏR...” – ABŞ və İngiltərə tarixi seçim qarşısındadırlar

14/10/2024 - 11:26

İsrailin İrana qarşı elan etdiyi “öldürücü zərbələr” gecikir. Hamı bu zərbələərdən danışır, ləngiməni də müxtəlif cür izah edirlər. Britaniyanın çox ünlü ˝The Economist˝ dərgisi məsələyə xeyli dərəcədə aydınlıq gətirən məqalə dərc edib. Yazıda deyilir ki, ABŞ prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında 9 oktyabrda telefon danışığı olub və tərəflər ciddi razılıq əldə edə bilməyiblər. İddia olunur ki, Netanyahu İranın neft sənayesi və nüvə obyektləri ilə yanaşı hərbi strukturu çökdürmək və ölkə rəhbərliyindəki müəyyən şəxslərin də öldürülməsi kimi çox geniş plan üzərində israr edib. Bayden isə neft sektoru və nüvə obyektlərinin hücumdan kənarda saxlanmasında israrlıdır

Dərgidə o da qeyd olunur ki, Netanyahu və generalları arasında da İrana hücumun parametrləri barədə ciddi fikir ayrılıqları hər zaman olub: ˝Amma indi generallar da risqə getməyə hazırdılar və onlar da Netanyahu ilə birlikdə yaratdıqları yanğının və təkəbbürlərinin qurbanı ola bilərlər˝. Mənzərə göz qabağındadır. İrana hücumun miqyası ilə bağlı ABŞ və İsrailin maraqları arasında dərin uçurum yaranıb. Hər iki tərəfin yanaşması təbiidir. İran və İsrail rejimlərinin eyni mənbədən “qidanlmasına” baxmayaraq, var olma səbəbləri kimi gördükləri bir-birnə qarşı düşmənçilik ideologiyasını o qədər genişləndirinlər ki, artıq real qarşıdurmadan qaçmaq mümkünsüz görünür.

 

 

İranın vəkalət gücləri yəhudi dövlətini mütəmadi raket atəşlərinə məruz qoyur. Qərb mətbuatında yer alan çoxsaylı məlumatlara görə çoxunun ikili vətəndaşlığı olan israillilərin əhəmiyyətli hissəsi ölkəni tərk edir. Hətta İsrail dövləti ölkədən qaçanların qarşısını almaq üçün müəyyən qadağalar tətbiq edir. Başadüşüləndir. İnsanlar mütəmadi olaraq, gecə-gündüz demədən ölüm təhlükəsi qarşısında evlərini, iş yerlərini atıb zirzəmilərə gizlənməkdən beziblər. Vəkalət güclərinin arxasında İran durursa, İsrail də problemin həllinifars rejiminə qarşı irimiqyaslı hücumda görür. Netanyahu iranlılara da müraciət edərək ˝ölkənizdə rejim dəyişikliyi gözlədiyinizdən daha tez baş verəcək˝ deyib.

ABŞ-nin milli maraqları isə İrandakı rejimin ayaqda qalmasını tələb edir. İranda məzhəbçi fars rejimini quran qərb ağılıdır. Bu, subuta ehtiyacı olmayan aksiomdur. İrandakı rejim dəyişikliyini Qərbin xüsusi xidmətlərin necə həyata keçirdiklərini xırda detallarına qədər incələyən yüzlərlə kitab yazılıb. Müxtəlif məlumatlara görə İranda farsların sayı ölkə əhalisinin 25-35 faizi qədərdir. Belə şəraitdə qeyri fars millətlərinə qarşı çox sərt siyasət yürüdən məzhəbçi fars rejimi ciddi xarici dəstək olmadan ayaqda qala bilməz. Məlum faktdır ki, bu dəstək “mollaları” hakimiyyətə gətirən Qərbin özündən gəlir. Ortalıqda özünəməxsus anlaşma var. İranda fars rejiminin ayaqda qalması üçün Qərb hər cür gizli yardım edir. Rəsmi Tehran isə ABŞ, İngiltərə və digər Qərb dövlətlərinin regiondakı maraqlarını təmin edir. Fars rejimi əsasən ABŞ-İngiltərə tandeminin əlində Böyük Orta Şərqi dizayn etmək üçün ən böyük alətdir. Qərblilər İran bayrağı altında qurduqları iki böyük proyektlə regionu istədikləri kimi yönəldirlər. Bunlardan birincisi “Şiə hilalı”, ikincisi məzhəb düşmənçiliyi ideolagiyasıdır. Fövqaladə əhəmiyyətli bu proyektləri qurmaq və sıfır xəta ilə həyata keçirmək İrandakırejimin qabiliyyəti xaricindədir. Proyektlər Qərbin dərin düşüncə quruluşlarının dəhlizlərində hazırlanır. Yazilan tezisləri səsləndirən və proyektləri fiziki olaraq həyata keçirən isə İran tərəfidir. Hər iki proyektin fəsadsız yürüməsi tərəflərinin ikisinin də maraqlarına uyğundur.

 

 

Sual yaranır: Anqlosaks tandemi dünyanın ən böyük neft regionunu nəzarətdə saxlamaq üçün yaratdığı ən əhəmiyətli ˝instrumenti˝ İsrailin maraqları naminə itirməyə razılaşarmı?

Gedən proseslər göstərir ki, xeyr, əsla razı deyillər. Məhz bu səbəbdən Bayden “neft sektorunu və nüvə obyektlərini vurma” deyir və bilir ki, bu sektorlar çökdürülməzsə, fars rejimi ayaqda qalacaq. Digər tərəfdən, İngiltərə də İsrailin İrandakı məzhəbçi rejimi zəiflədəcək planına “qırmızı işıq” yandırıb. Qərb mətbuatında gedən məlumatlara görə, rəsmi London İrana öldürücü zərbə endirmək üçün İsrailə gərəkli olan hərbi texniki yardımı verməkdən imtina edir. İsrail ətrafında baş verən proseslərlə bağlı xüsusi əhəmiyyət daşıyan başqa bir məqama diqqət yetirək: ABŞ və İngiltərənin maraqları İsrailin milli maraqları ilə toqquşursa, deməli böyük yəhudi lobbisinin maraqları ilə də toqquşur. Məlumdur ki, yəhudi lobbisi ABŞ-də fövqəladə dərəcədə böyük təsirə malikdir. İndiyə qədər gedən proseslər yəhudi lobbisinin ABŞ-nin milli maraqlarının yanında deyil, İsrail maraqlarının yanında yer aldığını söyləməyə əsas verir. 

Bir qədər iddialı səslənsə də, belə görünür ki, ABŞ tarixinin bəlkə də ən böyük seçimi qarşısındadır. Bu dövlət özünün milli maraqlarını, yoxsa, dövlətin bütün strukturlarına sirayət etmiş yəhudi lobbisinin maraqlarınımı üstün tutacaq? İrana zərbələrin hansı senari üzərində baş tutcağı bu suala aydınlıq gətirən ˝lakmus kağızı˝ rolunu oynayacaq.  

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15