Noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi yekunlaşıb

26/11/2024 - 18:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini də yekunlaşdırıb. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 23-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Beləliklə, noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42