Ömər aşırımına güclü qar yağıb - FOTO

17/11/2024 - 10:40

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazi ağ örpəyə bürünüb. APA-nın yerli bürosunun məlumatına görə, ötən gündən qərb bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır. Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.

 

Ömər aşırımına güclü qar yağıb - FOTO

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00