Papağında “Z” hərfi olan uşağı təhqir edən şəxsin həbsi tələb olundu – O, 5 İLƏDƏK AZADLIQDAN MƏHRUM OLUNA BİLƏR

23/10/2023 - 11:55

Yekaterinburqda papağında “Z” hərfi olan oğlanı təhqir edən şəxsin işi üzrə yeni məhkəmə prosesi keçirilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları cinayət işinə xitam verilməsi tələbini rədd edib və materialları Leninski rayonu üzrə istintaq şöbəsinə qaytarıblar.

Xatırladaq ki, aprel ayında baş vermiş insidentdən sonra Yekaterinburq sakininə qarşı cinayət işi açılıb. İstintaqın məlumatına görə, müttəhim 11 yaşlı uşağın əlindən tutaraq, onun ünvanına nalayiq söyüşlər deməyə başlayıb. Səbəb isə uşağın başında “Z” hərfi olan papaq olub. Zərərçəkənin anası hadisə barədə polisə məlumat verib.

Cinayət işi çərçivəsində həmin şəxsi xuliqanlıq maddəsi ilə beş ilədək həbs cəzası gözləyir.

Bundan əvvəl Krımda yanacaqdoldurma məntəqəsinin işçisini üzərində “Z” hərfi olan papaq geyindiyinə görə yandırmaqla hədələyən şəxs də həbs edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ