Paşinyanın partiyasında “agent ovu”: hamı bir-birindən şübhələnir

26/11/2022 - 11:45

Hakim “Vətəndaş müqaviləsi” partiyasında mövqe dəyişiklikləri baş verir. Ermənistan Baş naziri Nikol Paşinyan yaxınlarının və partiya daxilindəki sadiq adamlarının siyahısını nəzərdən keçirir. 

Bu barədə “Joqovurd” məlumat yayıb. 

Erməni nəşri yazır ki, Paşinyan indi tez-tez onu sığallayan simalara yer verməkdən, tərifli sözlər söyləyən deputatlardan çox, deyəsən, ictimai nəvazişin tərəfdarıdır.

“Joqovurd” iddia edib ki, Baş nazir Paşinyan partiyanın İdarə Heyətinin üzvlərini seçdikdən və yeni İdarə Heyətini formalaşdırdıqdan sonra Vaaqn Aleksanyan və Gevorq Papoyana yer verməyə başlayıb.

“Görünür, onlar Baş nazirin yazılarına daha çox “like” qoyurlar, paylaşırlar və ya tez-tez Paşinyana qeyd-şərtsiz dəstək olduqlarını bəyan edirlər”, -  deyə hökumətə yaxın mənbə qəzetə bildirib.

KİV deyir ki, hazırda Paşinyanla departamentin keçmiş sədri Suren Papikyan arasında münasibətlər transformasiya olunub. Məlum olub ki, Papikyan noyabrın 22-də “Vətəndaş müqaviləsi” partiyasının yeni seçilmiş idarə heyətinin ilk iclasında iştirak etməyib. Həmin gün hakim partiyada şöbə üzvləri, müavinlər, sektorların bölgüsü, eləcə də partiya şöbəsinin saxtalaşdırılan seçkilərindən danışılıb.

“Nikol Paşinyan saxta xəbərlərin dərc olunmasını bağışlamır və biz də bu barədə yazmışdıq. İndi içəridə hamı məsuliyyəti bir-birinin üzərinə atmağa çalışır və mənbəmizin kim olduğunu anlamaq üçün siçovul ovu başlayıb”, – erməni nəşri yekunlaşdırıb./yenisabah.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02