Polşa Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemlərini öz ərazisində yerləşdirməyə razılaşdı

06/12/2022 - 23:50

Polşa Almaniyanın keçən ay Polşada yerləşdirməyi təklif etdiyi “Patriot” raketdən müdafiə sistemini qəbul edəcək.

Qafqaz.media-nın  xarici mətbuata istinadla məlumatına görə, bunu ölkənin müdafiə naziri Mariuş Blaşçak deyib.

Almaniyadan Polşaya sözügedən təklif  Ukraynadan atılan raketin təsadüfən Polşa ilə Ukrayna sərhədi yaxınlığına düşərək iki polyakın həyatına sonqoymasından sonra gəlib.

Qeyd edək ki, Blaşçak əvvəlcə bu təklifi “məmnuniyyətlə” qəbul etdiyini bildirsə də, bir müddət sonra o və digər Polşa rəsmiləri bəyan etdi  ki,

onların fikrincə, Ratriot sistemi Ukrayna ərazisində yerləşdirilməlidir. Amma Almaniya buna razılaşmadı.

Dekabrın 6-da Blaşçak özünün Tvitter hesabında Almaniyanın “Patriot” sistemini Ukraynada yerləşdirmək istəmədiyinə görə təəssüfləndiyini bildirərək qeyd edib ki, "Almaniyanın Ukraynanı dəstəkləməkdən imtina etməsinə görə  məyus oldum.“Patriot”un Ukraynanın qərbində yerləşdirilməsi polyakların və ukraynalıların təhlükəsizliyini artıra bilər”.

“Bununla belə, hər iki tərəf "Patriotların Polşada yerləşdirilməsi və onların bizim nəzarət sistemimizə qoşulmasına dair danışıqları" davam etdirir»,-deyə nazir vurğulayıb.

Almaniya isə öz növbəsində  Polşaya təklif edilən “Patriot” sisteminin NATO-nun inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsi olduğunu və yalnız NATO ərazisində yerləşdirilmək üçün nəzərdə tutulduğunu bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33