Prezident yüksək vəzifəli şəxsləri işdən çıxardı - SƏRƏNCAM / YENİLƏNİB
28/12/2022 - 11:28
Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin daha bir müavini - İqbal Babayev vəzifəsindən azad edilib.
Qafqaz.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
*** 11:16
Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.
Qafqaz.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.