“PUTİN TERRORÇUDUR!” - Rusiya vətəndaşları Tiflisdə Ukraynaya qarşı müharibəyə etiraz etdilər

26/11/2022 - 22:27

Tiflisin mərkəzində Ukraynada davam edən müharibəyə və Rusiya rejiminə etiraz aksiya keçirilib.

Qafaqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, nümayişçilər əllərində “Rus xalqı rejimi dəstəkləmir!”, “Putin terrorçudur!”, “Ukraynaya eşq olsun!”, “Azova dəstək!” və s. yazılar olan plakatlar tutub, şüarlar səsləndiriblər.

Mitinqin təşkilatçısı, “Azad Rusiya” Fondunun nümayəndəsi Yeqor Kuroptevin sözlərinə görə, bu gün keçirilən aksiyada 300-ə yaxın insan iştirak edib.

Onun sözlərinə görə, aksiya iştirakçılarının gürcülərə mesajı odur ki, “buraya toplaşan bütün ruslar Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalına qarşıdır”.

Aksiya iştirakçıları ukraynalı məcburi köçkünlərə kömək məqsədilə pul və humanitar ləvazimatlar toplayıblar.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02