Putinə və Ukraynadakı müharibəyə qarşı çıxan rusiyalı fəal ölkəni tərk etdi - O, HAZIRDA TİFLİSDƏ OLDUĞUNU DEYİR

26/10/2023 - 12:39

Rusiya ordusunu “diskreditə etməkdə” ittiham olunan Belqorodlu fəal Vitali Paluxin Gürcüstana gedib.

Bu barədə Gürcüstan KİV-ləri xəbər verir.

“Dostlar və düşmənlər... Mən Tiflisdəyəm. Mən təhlükəsizəm. Mənim üçün ən önəmlisi azad olmağımdır. Mən hər şeyin öhdəsindən gəlirəm”, - deyə o, teleqram kanalında yazıb.

Qeyd edək ki, oktyabrın 17-də “Ashes” teleqram kanalı Paluxinin Rusiya Federasiyasının prezidenti və Ukraynadakı müharibə haqqında mənfi danışdığı üçün saxlanıldığını açıqlamışdı. Onun video-müraciəti “Belqorod Today” teleqram kanalında yayımlanıb.

Məlumata əsasən, bundan sonra polis Paluxinin oxuduğu Belqorod Dövlət Texnologiya Universitetinə gələrək onu aparıb və axşama qədər polis şöbəsində saxlayıb. Fəalın sözlərinə görə, onu həbsə salacaqları ilə hədələyiblər. Yekunda Paluxinə qarşı xırda xuliqanlıq və rus ordusunu "diskreditə etmək" səbəbindən iki protokol tərtib edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ