Putin “Vaqner”i Ukraynadan çıxarır – “Get-gedə böyüyən 50 minlik gücdən qorxuya düşüb”

14/02/2023 - 14:20

Rusiya Prezidenti Vladimir Putin muzdlu döyüşçülərdən təşkil olunan “Vaqner” qruplaşmasını Ukraynadan çıxarır.

Qafqaz.media xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, V. Putin Yevgeni Priqojin tərəfindən qurulan, məhkum edilmiş cinayətkarların “Vaqner”ə cəlb edilməsiylə get-gedə böyüyən 50 minlik gücdən qorxuya düşüb.

“The Mirror” xəbər verir ki, Yevgeni Priqojin də bu yaxınlarda rütbəsi aşağı salınmış rus generalı Sergey Surovikin kimi, Putinə qarşı sui-qəsddə şübhəli bilinirdi.