Putinin qovduğu general intihar etdi - FOTO

14/02/2023 - 17:35

Rusiyada nüfuzlu polis generalı intihar edib.

Qafqaz.media xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin vəzifədən azad etdiyi general-mayoru Vladimir Makarovdur.

Onun meyiti güllələnmiş halda Moskva ətrafında yerləşən Qolikov kəndindəki evində tapılıb.

Hadisə intihar kimi dəyərləndirilib.

Müstəntiqlər istintaqın gedişinə dair əlavə məlumat verməyiblər.