Qazaxıstanda işçilər rus müdirin təhqirindən sonra tətilə başladılar

23/11/2022 - 23:53

Qazaxıstanın Taraz şəhərində “Kazfosfat” müəssisəsinin işçiləri tətilə başlayıblar.

Qafqaz.media xəbər verir ki, buna səbəb rəqəmsal transformasiya şöbəsinin müdiri, Rusiya vətəndaşı Oleq Kulikovun əməkdaşlarını “qoyun” adlandırması olub.

Qazaxıstan mətbuatının məlumatına görə, zavodun ərazisinə toplaşan 200-dən çox insan Kulikovun onlardan üzr istəməsini və işdən çıxarılmasını tələb ediblər. Fəhlələr maaşların və dəymiş ziyana görə ödənişlərin 30% artırılması ilə bağlı da tələb qaldırıblar. Onlar öz hesablarına dəftərxana ləvazimatı və kombinezon almalı olduqlarından xa şikayətləniblər.

Hadisə yerinə Tarazın meri Baxıtjan Orınbekov gəlib. O, işçilərdən xahiş edib ki, bütün tələbləri qeydə alsınlar və yazılı şəkildə meriyaya təqdim etsinlər.

Cembil vilayətinin rəhbərliyi Rusiya vətəndaşının üzr istədiyini və işdən çıxarıldığını bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12