Qırğızıstan Türkiyədən “Anka” pilotsuz təyyarələri alıb

17/01/2023 - 18:21

Qırğızıstan Türkiyənin “Anka” modifikasiyalı pilotsuz uçuş aparatlarını alıb.

Qafqaz.media xəbər verir ki, bu barədə yanvarın 17-də prezident administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Dairbek Orunbekov məlumat verib.

“Qırğızıstana görünməmiş müasir hərbi texnika – “Bayraktar”, “Aksunqur”, “Akıncı”, “Anka” alınaraq gətirilib”, - deyə o bildirib.

Xatırladaq ki, “Anka” PUA-larının qanadlarının uzunluğu 17,5 metr, uzunluğu 8,6 metr, hündürlüyü isə 3,2 metrdir. Qurğunun çəkisi 1,7 tondur, dron 350 kq yük daşıya və onunla birlikdə 30 saata qədər havada qala bilir. “Anka”nın sürəti saatda təxminən 200 kilometrdir, dron yer səviyyəsindən 9,1 min metr yüksəklikdə ola bilir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12