Ərə gedə bilməyən qadın falçıya müraciət etdi, evindən 4 “cadu” tapıldı

04/09/2024 - 10:05

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən S.Cəfərovanın barəsindəki hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Publika.az pravda.az-a istinadla xəbər verir ki, hakimi Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest və şikayət qismən təmin edilib, Lənkəran Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub. S.Cəfərovanın Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib. İttihama görə, 2023-cü ildə Lənkəran şəhəri mərkəzi bazarında Lənkəran rayon sakini, zərərçəkmiş K.İ. (şərti) S.Cəfərovaya müraciət edərək ailə qura bilmədiyini və bununla bağlı çətinliklərinin olduğunu bildirib. Zərərçəkmiş S.Cəfərovanın onun falına baxıb köməklik etməsini istəyib. S.Cəfərova da K.İ.-yə həyatında baş vermiş problemlərin yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində basdırılmış cadu ilə əlaqəli olduğunu yalandan deyib. Bu məqsədlə S.Cəfərova cadunu zərərsiz vəziyyətə gətirmək üçün zərərçəkmiş şəxsdən ümumilikdə 600 manat pul alıb. O, qadının evinin həyətyanı torpaq sahəsində 4 fərqli yerlərdən içərisində müxtəlif əşyalar olan bükümləri çıxarıb. Daha sonra K.İ. hüquq-mühafizə orqanlarına müraciət edərək S.Cəfərovanın ona qarşı dələduzluq etdiyini söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42