Ərdoğan: "Yaxın Şərqdəki münaqişə yalnız iki dövlətin tanınması ilə həll oluna bilər"

17/11/2023 - 22:24

 

"Yaxın Şərqdəki münaqişə yalnız iki dövlətin tanınması ilə həll oluna bilər".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, münaqişə Fələstin probleminin 1967-ci il sərhədləri daxilində iki dövlət əsasında həllinin qaçılmaz olduğunu təsdiqləyir:

"Türkiyə olaraq məqsədimiz israillilərlə fələstinlilərin yan-yana yaşadığı sülh və əmin-amanlıq mühiti yaratmaqdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33