Roman Abramoviçin 139 metrlik yaxtası Türkiyə sahillərində görüntüləndi / FOTO, VİDEO

11/01/2023 - 08:49

Rusiyalı milyarder Roman Abramoviçin “My Solaris” yaxtası Türkiyənin cənub-qərbində Marmaris sahillərində lövbər salıb.

Türkiyənin Muğla vilayətinin Marmaris Kruiz limanına yanaşan Bermud bayraqlı gəmi turizm bölgəsinin sakinləri və ziyarətçilərində böyük marağa səbəb olub.

Gözler Rus milyarder Roman Abramoviç'in mega yatının üzerinde! - Son Dakika Magazin Haberleri

Uzunluğu 139 metr, eni 26 metr olan yaxta üzgüçülük hovuzu və helikopter meydançası ilə təchiz olunub.

Gəmi 5 həftə turizm zonasının sahillərində qalacaq.

Mənbə: Anadolu