“Rusiç” silahlıları “Kadırovçu”lara qarşı – DİNC SAKİNLƏRİN QƏTLƏ YETİRİLƏMƏSİNƏ ETİRAZ...

30/10/2023 - 15:38

Rusiya tərəfində döyüşən neonasist bölməsi olan "Rusiç" təxribat-hücum kəşfiyyat qrupu Çeçenistandan olan əsgərləri Volnovaxalı bir ailəni qətlə yetirməkdə ittiham edib.

“Rusiç”in nümayəndələri bu barədə öz "Telegram" kanallarında bildiriblər: “Bunlar dövlət quran xalqın nümayəndələri olmadığına görə Donun zəiflərindən heç biri iddia irəli sürə bilməyəcək. Çox güman ki, ailənin özünü öldürdüyü və ya GUR-un hərəkəti olduğu barədə istintaq qərar verəcək”.

Daha əvvəl məlumat yayılmışdı ki, Çeçenistandan olan döyüşçülərin qətliamdan əvvəl ev sahibi ilə iddia edilən münaqişə səbəbindən Kapkanets ailəsinin qətlində əli ola bilər. Lakin hazırda bu versiyanın təsdiqi yoxdur.

Qətldə şübhəli bilinən şəxslərin şəxsiyyəti internetdə dərc edilib. Məlumata görə, şübhəlilər motosikletlə hərəkət edən 30 yaşlı iki hərbçidir. Ehtimal ki, Kapkanets ailəsi yuxuda səsboğuculardan istifadə edilərək güllələnib. Ölənlərin, o cümlədən uşaqların cəsədləri güllə yaraları ilə çarpayılarında tapılıb. Hücum zamanı ümumilikdə 9 nəfər həlak olub.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ