Rusiya hərbi gəmilərini Qara dənizdən çıxardı - UKRAYNADAN AÇIQLAMA

07/01/2023 - 14:54

Rusiya Qara və Azov dənizlərindən “Kalibr” raketlərini buraxa bilən döyüş gəmilərini çıxarıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya hazırda Azov dənizində yalnız iki raketsiz döyüş gəmisini saxlayır. Qara dənizdə ümumiyyətlə hərbi gəmi yoxdur.

Aralıq dənizində böyük bir döyüş qrupu qalır - 9 gəmi, o cümlədən cəmi 72 raketdən ibarət "Kalibr" qanadlı raketlərinin 5 daşıyıcısı. Lakin oradan Ukraynaya heç vaxt raket buraxılmayıb.

Qafqaz.media