"Rusiya ilə İran arasında tarixən çox böyük inamsızlıq olub, lakin indi..." - ABŞ MOSKVA-TEHRAN ƏMƏKDAŞLIĞINDAN NARAHTDIR

17/12/2022 - 09:07

ABŞ Rusiya və İran arasında artan əməkdaşlıqdan narahatdır və onun sonda tam hüquqlu müdafiə tərəfdaşlığına çevrilə biləcəyindən ehtiyatlanır.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns deyib.

“Biz kifayət qədər narahatıq. Rusiya ilə İran arasında tarixən çox böyük inamsızlıq olub, lakin onların hazırda bir-birinə ehtiyacı var. Və indi ortaya çıxmağa başlayan məsələ, ən azı, Rusiya və İran arasında tammiqyaslı müdafiə tərəfdaşlığının ilkin mərhələsidir”- deyə, o bildirib.

Onun sözlərinə görə, Rusiya ilə İran arasında tərəfdaşlıqlar artıq Ukraynadakı döyüş meydanına təsir edir: “Bu davam edərsə, Yaxın Şərqə də daha təhlükəli təsir göstərə bilər. Ona görə də biz bunu çox ciddi qəbul edirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33