Rusiya və İndoneziya ilk böyük dəniz təlimlərini keçirəcək

19/10/2024 - 21:43

Rusiya və İndoneziya bu ilin noyabrında ilk böyük dəniz təlimlərini keçirəcək. “Report” xəbər verir ki, bu barədə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov TASS agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, noyabrda Rusiya Sakit Okean Donanmasının bir qrup gəmisi Surabaya limanına dostluq səfəri edəcək. Bu səfərlə birlikdə Rusiya və İndoneziya ilk irimiqyaslı dəniz təlimləri keçiriləcək. Səfir qeyd edib ki, gələcəkdə bu təlimlər müəyyən aralıqlarla, məsələn, iki ildə bir dəfə keçirilə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15